*
Tədris Kataloqu universitet və ya ali təhsil müəssisəsində təklif olunan ixtisaslar, fənlər, dərs planları və akademik tələblər barədə ətraflı məlumat verir. Tədris Kataloqu — universitetdə hər bir ixtisas üzrə tələbəyə təqdim olunan fənlərin siyahısını, kredit saylarını, tədris müddətini, əlavə tələbləri və təhsil prosesinin strukturunu özündə birləşdirən kompleks sənəddir. Bu sənəd tələbələr, müəllimlər və tədris heyəti üçün bələdçi rolunu oynayır.
Akademik təqvim – tədris ilində tədris və nəzarət tədbirlərinin, istehsalat təcrübələrinin keçirilmə tarixlərini, həmçinin istirahət günlərini (tətil və bayram günləri) göstərən təqvimdir. Akademik təqvim – tədris ilində nəzərdə tutulan bütün tədbirlərin cədvəlidir. Təqvimə imtahan tarixləri, yaz tətili, semestrin son günü və digər tədbirlər daxil ola bilər.