1969-cu ildə əsası qoyulmuş Tədris, İdman və İstirahət Mərkəzi
Quba rayonunun II Nügədi kəndində yerləşir.
Quba rayonunun İkinci Nügədi kəndində 6 hektardan artıq ərazidə UNEC-in Tədris, İdman və İstirahət Mərkəzi inşa edilib. Mərkəz universitetin 20 minlik kollektivinin istirahətinin təşkili və
sağlamlığının möhkəmləndirilməsi üçün nəzərdə tutulub.
Mərkəzdə tələbələrin yay və qış məktəblərinin, müxtəlif idman yarışlarının və yay düşərgələrinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada tikilən 78 otaqdan ibarət üçmərtəbəli otel binasında, eyni zamanda, 150 nəfərin yerləşməsinə imkan vardır.
18 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Quba rayonunun II Nügədi kəndində universitetin İdman-sağlamlıq və istirahət mərkəzinin (hazırda Quba Tədris, İdman və İstirahət Mərkəzi adlanır) əsaslı təmirdən sonra açılışı olub. Mərkəzdə həm müəllimlərin, həm də tələbələrin istirahətinin təşkili məqsədi ilə bütün meyarlar nəzərə alınmışdır.
Mərkəzin 350 tələbə yeri olan və müasir infrastrukturu ilə diqqət çəkən yay məktəbi də yüksək səviyyədə qurulmuşdur. Buradakı auditoriyaların hamısı zəruri avadanlıqla təchiz olunmuşdur. Eyni şərait 100 nəfərlik müasir yeməkxanada da mövcuddur. Müxtəlif tədbirlərin keçirilməsi üçün 205 nəfərlik akt zalında da bütün
imkanlar vardır.