UNEC: Keçmişdən bu günə

Page Image

Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb

Ölkəmizdə ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur.

1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır.

19 iyun 1930

Azərbaycan SSR Xalq Komissarları Şurasının qərarına əsasən o zamankı Azərbaycan Dövlət Universitetinin ayrı-ayrı institutlara bölünməsi və onun tərkibindəki İqtisad bölməsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutunun yaradılması ilə bugünkü Azərbaycan Dövlət İqtisad Universitetinin təməli qoyulmuşdur.

Yanvar 1933

Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında əvvəllər müxtəlif nazirlik və idarələrin tabeliyində fəaliyyət göstərən Sosialist Uçotu, Sovet Quruculuğu və Hüquq, Maliyyə, Plan-iqtisad kimi kiçik institutları da özündə birləşdirən və güclü potensiala malik Azərbaycan Sosial İqtisad İnstitutu yaradılmışdır.

 

1941

Böyük Vətən müharibəsinin başlanması ilə bir sıra institutlar, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu da Azərbaycan Dövlət Universitetinə birləşdirilmiş, 1945-1959-cu illər arasında isə müstəqil fəaliyyətini davam etdirmişdir.

14 mart 1959

SSRİ Nazirlər Sovetinin müvafiq qərarına uyğun olaraq, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyəti növbəti dəfə dayandırılmış və aparıcı iqtisad yönümlü ixtisaslar Azərbaycan Dövlət Universitetində cəmləşdirilmişdir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yenidən müstəqil fəaliyyətə başlaması və elə ilk günlərdən ahəngdar işləməsi üçün qısa vaxtda böyük hazırlıq işləri aparıldı. Universitetin balansına verilmiş tədris auditoriyaları, köməkçi binalar, laboratoriya və kabinetlər, minlərlə kitab nüsxələri yenidən Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qaytarıldı. Azərbaycan Dövlət Universitetinin Kommunist küçəsi 6 ünvanda (indiki İstiqlaliyyət küçəsi 6, UNEC əsas binası) yerləşən əsas tədris binası Azərbaycan Xalq Təsərrüfatı İnstitunun sərəncamına verildi.

1987

Müstəqil fəaliyyəti bərpa olunan Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yenidən bağlanmış və onun əvəzinə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı yaradılmışdır.

1965

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yenidən bərpası 1965-ci ilin sentyabr plenumundan sonra ölkədə sənayənin inkişafı sahəsində gedən iqtisadi islahatların yaratdığı tələbatla birbaşa bağlı olmuşdur. Belə ki, 1966-cı il fevralın 10-da SSRİ Nazirlər Soveti Bakıda Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul etdi. Həmin qərar əsasında Azərbaycan hökuməti Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yenidən bərpa edilməsi və müstəqil fəaliyyətə başlaması ilə bağlı müvafiq qərar verdi. Bu qərarla Azərbaycan Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən iqtisad yönümlü Ümumiqtisad və Əmtəəşünaslıq fakültələri Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tabeliyinə verildi. 

29 iyul 1990

Üç il Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı kimi fəaliyyət göstərdikdən sonra institut 1990-cı ilin iyul ayında SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu olaraq yenidən fəaliyyətə başlamışdır.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1990-cı ildə Azərbaycan İqtisad İnstitutu adı ilə yenidən bərpa edildikdən sonrakı qısa müddət ərzində öz əvvəlki nüfuzunu özünə qaytara bilmiş və müstəqil Azərbaycanın ən böyük və abituriyentlər tərəfindən ən çox arzu edilən ali təhsil ocaqlarından birinə çevrilmişdir.

13 iyun 2000

Azərbaycan Respublikası Prezidentinin 349 saylı fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb -Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı. Beləliklə, 1930-cu ildə əsası qoyulmuş universitetimiz kiçik bir fakültədən bu gün Azərbaycanın ən aparıcı müəssisələrindən biri olaraq Qafqazın ən böyük ali iqtisad təhsil ocaqlarından birinə çevrilməklə, ölkəmizdə sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəz hesab olunur. Bizim məqsədimiz gələcəkdə universitetimizi dünya təhsil məkanına inteqrasiya olunan müasir elektron universitetə çevirməkdir. Azərbaycan Dövlət İqtisad Universitetinin həyatında yadda qalan hadisələrdən ən önəmlisi Ulu Öndər Heydər Əliyevin universitetə gəlişi olmuşdur. 2002-ci ilin iyun ayının 13-də o zaman Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İqtisad Universitetinin 70 illik yubiley mərasimində iştirakı çoxminli kollektivimizin xatirində əbədiyaşar hadisəyə çevrildi. Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycan elminə, təhsilinə, fədakar alimlərə və müəllimlərə qayğı və diqqəti xüsusi yer tutmuşdur.

8 oktyabr 2007

Universitetdə son zamanlar aparılan köklü keyfiyyət dəyişikliklərə ən yüksək qiymət 75 illik yubiley ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən verilmişdir. Prezidentin sərəncamı ilə 8 əməkdaşımız "Tərəqqi" medalı ilə təltif edilmiş, 14 nəfərə isə "Əməkdar müəllim"adı verilmişdir. Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyev İqtisad Universitetinin yeni korpusunun açılış mərasimində iştirak etdi və proqram xarakterli nitq söylədi. Prezident İlham Əliyev İqtisad Universitetində keçirilən islahatlara çox yüksək qiymət vermiş, kollektivə ən xoş arzularını yetirmiş, işçilərə uğurlar arzulamışdır. Prezident İlham Əliyev demişdir: «Mən hesab edirəm ki, ən aparıcı vəzifələrdə Azərbaycan kadrları olmalıdır. Bunu etmək üçün onların bilik səviyyəsi yüksək olmalıdır, onlar dünya miqyasında biznes menecmentinin nə olduğunu yaxşı bilməli və öz peşəkarlığını göstərməlidirlər. Azərbaycan Dövlət İqtisad Universitetinin bu işdə çox böyük əməyi var və çox böyük töhfəsi olacaqdır... Mən arzu edirəm ki, Azərbaycanın bütün ali məktəbləri bu səviyyədə olsun».

3 sentyabr 2020

UNEC-in Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Murtuza Muxtarov küçəsində yerləşən yeni tədris korpusunun açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış oldular. Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdilər. Bildirildi ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan, 4 binadan ibarət yeni tədris korpusunda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada 30 auditoriya, 6 mühazirə, 6 linqafon otağı, ən müasir texnoloji avadanlıqla təchiz olunan 14 laboratoriya, geniş idman zalı, ikimərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.

Biznes və menecment fakültəsi

Əlavə məlumat

İqtisadiyyat və idarəetmə fakültəsi

Əlavə məlumat

Maliyyə və mühasibat fakültəsi

Əlavə məlumat

SABAH mərkəzi

Əlavə məlumat

Mühəndislik fakültəsi

Əlavə məlumat

UNEC Dizayn məktəbi

Əlavə məlumat

Rəqəmsal iqtisadiyyat fakültəsi

Əlavə məlumat

Beynəlxalq iqtisadiyyat məktəbi (ISE)

Əlavə məlumat

Rus İqtisad Məktəbi

Əlavə məlumat

Türk dünyası iqtisad fakültəsi

Əlavə məlumat

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi

Əlavə məlumat

UNEC Biznes Məktəbi (MBA)

Əlavə məlumat

İqtisadiyyat və menecment departamenti

Əlavə məlumat

Ümumi fənlərin tədrisinin təşkili departamenti

Əlavə məlumat

Xarici dillər departamenti

Əlavə məlumat