Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 4 tədris korpusu, Dərbənd filiailı, Zaqatala filialı, Maliyyə-İqtisad Kolleci, Sosial-İqtisadi Kollec, Qida Sənayesi Kolleci, Quba tədris mərkəzi aiddir.
Əsas Tədris Binası Bakının tarixi memarlıq tikililərindən sayılır. Bina XX əsrin əvvəllərində Bakı milyonçusu Musa Nağıyev tərəfindən tikdirilib. Həmin vaxt binada "I Realını Məktəbi" yerləşib. Klassik üslubda tikilmiş binada müxtəlif illərdə bir neçə dəfə təmir-bərpa işləri aparılıb.
Universitetin 1 saylı tədris binası 3 ayrı tikilidən ibarət olmaqla Səbail rayonu İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşir. Tədris və inzibati heyətin yerləşdiyi bina 3 mərtəbə, zirzəmi və mansard olmaqla 14599,6 kv.m., 3 nömrəli tələbə poliklinikasının və UNEC Extern mərkəzinin yerləşdiyi bina 2 mərtəbə və mansard olmaqla 565,1 6 kv.m., 7/24 elektron kitabxananın yerləşdiyi bina isə 3 mərtəbə olmaqla 284,4 6 kv.m. faydalı sahədən ibarətdir. O cümlədən inzibati və pedaqoji struktur bölmələr üzrə otaqlar 3832 6 kv.m., auditoriyalar 3853 6 kv.m., laboratoriyalar 190 6 kv.m., kitabxana otaqları 598 6 kv.m., yeməkxana 880 6 kv.m., akt zalları 736 6 kv.m. və poliklinika 178,1 6 kv.m., nəşriyyat 187 6 kv.m. təşkil edir.
UNEC-in 2 saylı tədris korpusu müxtəlif vaxtlarda inşa edilmiş 2 tədris binasından və idman zalından ibarət olmaqla Nərimanov rayonu Həsən Əliyev küçəsi 135 ünvanında yerləşir. Binalardan biri 5 mərtəbə olmaqla 9759,5 kv.m., ikincisi 7 mərtəbə olmaqla 4153,6 kv.m., idman zalı isə 1 mərtəbə olmaqla 778,3 kv.m. faydalı sahədən ibarətdir. O cümlədən inzibati və pedaqoji struktur bölmələr üzrə otaqlar 5215,15 kv.m, auditoriyalar 5250,35 kv.m., laboratoriyalar 127,5 kv.m., kitabxana otağı 376,68 kv.m., yeməkxana 533,88 kv.m, idman zalları 995,52 kv.m., arxiv üçün otaqlar 456,51, akt zalı 493,46 kv.m. və tibb məntəqəsi 137,65 kv.m. təşkil edir.
Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 194 ünvanında yerləşən 3 saylı tədris binası təhsilin müasir tələblər səviyyəsində təşkilinə cavab vermədiyinə və yararsız vəziyyətdə olduğuna görə müvafiq dövlət orqanlarına müraciət olunaraq sökülmüşdür.
UNEC-in qeyd olunan ünvanda, tədris korpusunun müasir standartlar səviyyəsində yenidən qurulması və həmin ərazinin abadlaşdırılması məqsədi ilə iki növbədə 3000 nəfər təhsilalanın tədrisinin təşkili üçün müasir tələblərə tam cavab verən yeni tədris binasının layihələndirməsi üçün müvafiq sahədə böyük təcrübəyə malik olan Türkiyənin "Erginoğlu&Çalışlar" şirkəti ilə müqavilə bağlanmışdır. Hazırda qeyd olunan ünvanda tikinti abadlıq işləri başa çatmış və bina istismara tam hazırdır. Yeni tədris binasında müasir tipli tədris laboratoriyaları, linqafon kabinetləri, kitabxana, konfrans və idman zalı kimi bölmələr mövcuddur.
Yeni binanın ümumi sahəsi 13196,2 m2 olmaqla 4 mərtəbədən, o cümlədən inzibati, pedaqoji və digər struktur bölmələr, xidmətlər və köməkçi sahələr üzrə otaqlar 7997,7 m2, auditoriyalar 2278,3 m2, kitabxana otağı 241,5 m2, yeməkxana 340,1 m2, mətbəx servisi 123,1 m2, restoran 127,4 m2, kafe 33,0 m2, idman zalı 418,3 m2, akt zalı 424,7 m2, müxtəlif təyinatlı laboratoriyalar 1208,1 m2, və tibb məntəqəsi 20 m2 sahədən ibarətdir.