Korpuslar

Page Image

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 4 tədris korpusu, Dərbənd filiailı, Zaqatala filialı, Maliyyə-İqtisad Kolleci, Sosial-İqtisadi Kollec, Qida Sənayesi Kolleci, Quba tədris mərkəzi aiddir.

Əsas Tədris Binası Bakının tarixi memarlıq tikililərindən sayılır. Bina XX əsrin əvvəllərində Bakı milyonçusu Musa Nağıyev tərəfindən tikdirilib. Həmin vaxt binada "I Realını Məktəbi" yerləşib. Klassik üslubda tikilmiş binada müxtəlif illərdə bir neçə dəfə təmir-bərpa işləri aparılıb.

Universitetin 1 saylı tədris binası 3 ayrı tikilidən ibarət olmaqla Səbail rayonu İstiqlaliyyət...

UNEC-in 2 saylı tədris korpusu müxtəlif vaxtlarda inşa edilmiş 2 tədris binasından və idman zalından ibarət olmaqla Nərimanov rayonu Həsən Əliyev küçəsi 135 ünvanında yerləşir. Binalardan biri 5 mərtəbə olmaqla 9759,5 kv.m., ikincisi 7 mərtəbə olmaqla 4153,6 kv.m., idman zalı isə 1 mərtəbə olmaqla 778,3 kv.m. faydalı sahədən ibarətdir. O cümlədən inzibati və pedaqoji...

Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 194 ünvanında yerləşən 3 saylı tədris binası təhsilin müasir tələblər səviyyəsində təşkilinə cavab vermədiyinə və yararsız vəziyyətdə olduğuna görə müvafiq dövlət orqanlarına müraciət olunaraq sökülmüşdür.

UNEC-in qeyd olunan ünvanda, tədris korpusunun müasir standartlar səviyyəsində yenidən qurulması və həmin ərazinin abadlaşdırılması məqsədi ilə iki növbədə...

Yeni tədris binasında müasir tipli tədris laboratoriyaları, linqafon kabinetləri, kitabxana, konfrans və idman zalı kimi bölmələr mövcuddur. Yeni binanın ümumi sahəsi 13196,2 kv.m. olmaqla 4 mərtəbədən, o cümlədən inzibati, pedaqoji və digər struktur bölmələr, xidmətlər və köməkçi sahələr üzrə otaqlar 7997,7 kv.m., auditoriyalar 2278,3 kv.m., kitabxana otağı 241,5 kv.m., yeməkxana...