Əsas Tədris Binası

Ünvan: Səbail rayonu, İstiqlaliyyət küçəsi, 6

Əsas Tədris Binası Bakının tarixi memarlıq tikililərindən sayılır. Bina 1901-1904-cü illərdə Bakı milyonçusu Musa Nağıyev tərəfindən memar D.D.Buyanovun layihəsilə tikdirilib. İtaliya inzibati stilində olan monumental binanın tikilməsində simmetrik plandan tamamilə imtina edilib. Ərazinin relyefinə və keçmiş Nikolayev küçəsinin (indiki İstiqlaliyyət küçəsi) quruluşuna uyğun tikilən bina Bakının memarlıq ansamblının nadir inciləırindən sayılır. Bina ilk olaraq Bakı Realını Məktəbi üçün inşa edilib. 1918-ci ildə ölkədə ana dilli orta məktəb böyük pedaqoq Abdulla Şaiqin təşəbbüsü ilə bu binada yerləşib. Klassik üslubda tikilmiş binada müxtəlif illərdə bir neçə dəfə təmir-bərpa işləri aparılıb.

*

Azərbaycan Dövlət İqtisad Universitetinin 1 saylı tədris binası 3 ayrı tikilidən ibarət olmaqla Səbail rayonu İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşir. Tədris və inzibati heyətin yerləşdiyi bina 3 mərtəbə, 3 nömrəli tələbə poliklinikasının və UNEC Extern mərkəzinin yerləşdiyi bina 2 mərtəbə, 7/24 elektron kitabxananın yerləşdiyi bina isə 3 mərtəbədən ibarətdir.

*

Universitetin 1 saylı tədris binası 3 ayrı tikilidən ibarət olmaqla Səbail rayonu İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşir. Tədris və inzibati heyətin yerləşdiyi bina 3 mərtəbə, zirzəmi və mansard olmaqla 14599,6 kv.m., 3 nömrəli tələbə poliklinikasının və UNEC Extern mərkəzinin yerləşdiyi bina 2 mərtəbə və mansard olmaqla 565,1 6 kv.m., 7/24 elektron kitabxananın yerləşdiyi bina isə 3 mərtəbə olmaqla 284,4 6 kv.m. faydalı sahədən ibarətdir. O cümlədən inzibati və pedaqoji struktur bölmələr üzrə otaqlar 3832 6 kv.m., auditoriyalar 3853 6 kv.m., laboratoriyalar 190 6 kv.m., kitabxana otaqları 598 6 kv.m., yeməkxana 880 6 kv.m., akt zalları 736 6 kv.m. və poliklinika 178,1 6 kv.m., nəşriyyat 187 6 kv.m. təşkil edir.

Fakültələr

  • UNEC Biznes Məktəbi Beynəlxalq İqtisadiyyat Məktəbi Sabah Mərkəzi Maliiyə və Mühasibat

Kafedralar

  • Beynəlxalq iqtisadiyyat və biznes Maliyyə və audit Biznesin idarə edilməsi

Departamentlər

  • UNEC Rəqəmsal Texnologiyalalar Elmi fəaliyyətin təşkili və idarə edilməsi Beynəlxalq Əməkdaşlıq Maliyyə və Təminat Xarici Dillər

Mərkəzlər

  • UNEC Kitabxana İnformasiya Mərkəzi Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi Tələbə işləri mərkəzi UNEC Biznes Mərkəzi UNEC İmtahan Mərkəzi Yaradıcılıq Mərkəzi UNEC Psixoloji Xidmət Mərkəzi

5 departament
3 kafedra
4 departament
8 mərkəz
11 şöbə
7/24 kitabxana

Konfrans zalları

Böyük konfrans zalında iştirakçıların rahatlığının təmin olunması üçün isitmə-soyutma sitemi quraşdırılmış, keçirilən tədbirlərin və təqdimatların böyük ekranda nümayişi, işıqlandırma və səs sisteminin müasir tələblər səviyəsində təşkili üçün müasir texniki imkanlar yaradılmışdır.

Bundan başqa, 2015-ci ildən yüksək zövqlə təmir edilmiş və ən müasir texniki vasitələr və avadanlıqlarla təzhiz edilmiş, 65 nəfər iştirakçı tutumu olan və hər bir iştirakçı sayına görə (bir iştirakçı-bir mikrafon) mikrafonlar quraşdırılmış, xüsusi səsgücləndiricilər və ağıllı tribuna ilə təzhiz edilmiş Ağ zal - konfrans zalı da mövcuddur.

7/24 kitabxana

7 gün 24 saat fəaliyyət göstərən kitabxana binası üç mərtəbədən ibarət olmaqla ümumi sahəsi  290 kv.m  təşkil edir. Kitabxana 2 oxu zalından və elektron kitabxanadan yararlanmaq üçün 24 kompüterlə təchiz olunmuş 1 zaldan ibarətdir. Oxu zalları mütaliə üçün spesifik işıqlandırma və havalandırma sistemindən, həmçinin rahat oturacaqlarla təchiz edilmişdir. Kitabxana eyni anda 104 tələbəyə xidmət göstərmək potensialına malikdir. Kitabxana ixtisaslaşmış geniş fonda malikdir və rəf üslubunda tərtib olunub. Kitabxanadakı axtarış sistemi elektron kataloq əsasında aparılır və bunun üçün xüsusi proqram təminatı tətbiq olunmuşdur.

Elektron kitabxana çoxsaylı kitablarla zənginləşdirilib və müəllif hüquqları qorunmaqla tələbələrin istifadəsinə verilmişdir. Azərbaycanın digər universitetlərinin elektron kitabxanalarına giriş təmin edilmişdir. Kitabxana tələbələrin rahatlığı üçün pulsuz internet, sürətli kitab skaneri və printerlər ilə təchiz edilmişdir. Kitabxana prosesləri tam avtomatlaşdırılmışdır.

Bizimlə əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6

Telefon

+994 12 492 59 03

Başqa filiallar