III Tədris Binası

Ünvan: Bakı, M.Muxtarov küçəsi, 194

Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 194 ünvanında yerləşən 3 saylı tədris binası təhsilin müasir tələblər səviyyəsində təşkilinə cavab vermədiyinə və yararsız vəziyyətdə olduğuna görə müvafiq dövlət orqanlarına müraciət olunaraq sökülmüşdür.

UNEC-in qeyd olunan ünvanda, tədris korpusunun müasir standartlar səviyyəsində yenidən qurulması və həmin ərazinin abadlaşdırılması məqsədi ilə iki növbədə 3000 nəfər təhsilalanın tədrisinin təşkili üçün müasir tələblərə tam cavab verən yeni tədris binasının layihələndirməsi üçün müvafiq sahədə böyük təcrübəyə malik olan Türkiyənin "Erginoğlu&Çalışlar" şirkəti ilə müqavilə bağlanmışdır. Hazırda qeyd olunan ünvanda tikinti abadlıq işləri başa çatmış və bina istismara tam hazırdır. Yeni tədris binasında müasir tipli tədris laboratoriyaları, linqafon kabinetləri, kitabxana, konfrans və idman zalı kimi bölmələr mövcuddur.

Yeni binanın ümumi sahəsi 13196,2 m2 olmaqla 4 mərtəbədən, o cümlədən inzibati, pedaqoji və digər struktur bölmələr, xidmətlər və köməkçi sahələr üzrə otaqlar 7997,7 m2, auditoriyalar 2278,3 m2, kitabxana otağı 241,5 m2, yeməkxana 340,1 m2, mətbəx servisi 123,1 m2, restoran 127,4 m2, kafe 33,0 m2, idman zalı 418,3 m2, akt zalı 424,7 m2, müxtəlif təyinatlı laboratoriyalar 1208,1 m2, və tibb məntəqəsi 20 m2 sahədən ibarətdir.

Fakültələr

  • UNEC Dizayn Məktəbi Mühəndislik Rəqəmsal İqtisadiyyat

Kafedralar

  • Mühəndislik və tətbiqi elmlər Dizayn Rəqəmsal texnologiyalar və tətbiqi inoformatika

Laboratoriyalar

  • Rəqəmsal Qida kimyası Ekologiya Fizika Kimya

3 fakültə
3 kafedra
13 laboratoriya

اتصل بنا

ÜNVAN: Bakı, M.Muxtarov küçəsi, 194

الهاتف

+994 12 492 59 03

البريد الإلكتروني

[email protected]

فروع أخرى