Dərbənd filialı

Ünvan: Rusiya, Dərbənd şəhəri, H.Əliyev küçəsi, 10B

Filial azərbaycanlıların sıx yaşadığı Dərbənd şəhərində soydaşlarımızın ali təhsil almasına kömək məqsədi ilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə yaradılıb. 2016-cı il noyabrın 28-də  Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub. Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə İqtisad Universitetinin Dərbənd filialının yeni təhsil kompleksi tikilərək istifadəyə verilib. 

Filialın ümumi sahəsi 11 min kvadrat metrdir. Filialda bir növbədə 1000 tələbənin təhsil alması üçün 32 auditoriya var. Dərbənd filialı bütün zəruri infrastruktura malikdir. Bütün mühazirə auditoriyaları proyektor və kompüter avadanlıqları ilə təchiz olunub. Hər bir fənn üzrə ixtisaslaşmış auditoriyalar yaradılıb. Kitabxana və oxu zalı, kompüter və linqafon otaqları, idman və aerobika zalları, tibb məntəqəsi, müasir tələblərə cavab verən 100 yerlik yeməkxana istifadəyə verilib. Akt zalı 284 nəfərlik tədbirin keçirilməsinə imkan verir. Mərkəzi istilik sistemi, avtonom altstansiya, 80 kub metrlik su anbarı yaradılıb, 100 meqabaytlıq internet xətti çəkilib. Dərbənd filialında tam sutka ərzində fəaliyyət göstərən videomüşahidə kameraları quraşdırılıb. Muasir tələblərə cavab verən kampus 1500 tələbə üçün nəzərdə tutulub. Kampusa 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey də daxildir. 

32 auditoriya
1 akt zalı
idman zalı
yeməkxana
kitabxana
200 nəfərlik yataqxana

Contact us

Ünvan: Rusiya, Dərbənd şəhəri, H.Əliyev küçəsi, 10B

Phone

8(87240) 4-52-84

Email

ageu-derbent.ru

Other Branches