İqtisadiyyat və işlətmə

Kafedra haqqında

TARİXİMİZ

“Türk dünyası işlətmə” fakültəsində tədris olunan fənlərin spesifikliyini nəzərə alaraq, habelə tədrisdə və təhsildə keyfiyyətin artırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 29.01.2013 tarixli, 09/3 No-li  qərarı ilə “Türk dünyası işlətmə” fakültəsində tədris olunan fənlərin bazasında “İqtisadiyyat və işlətmə” kafedrası  yaradıldı. “İqtisadiyyat və işlətmə” kafedrası  01.02.2013-cü il tarixindən etibarən fəaliyyət göstərir.

Yarandığı ilk gündən 2014-cü ilin aprel  ayınadək kafedraya iqtisad üzrə fəlsəfə doktoru, dos.  Gəray Cümşüd oğlu Musayev rəhbərlik etmişdir. 2014-2017-ci illərdə  kafedraya  iqtisad üzrə fəlsəfə doktoru, dos. Fariz Saleh oğlu Əhmədov rəhbərlik edib. 09.10.2017-ci ildə Yusif Nadim oğlu Əliyev, 29.12.2019-ci ildə iqtisad üzrə fəlsəfə doktoru, dos. Oqtay Qulu oğlu Quliyev kafedra müdiri vəzifəsinə təyin olunub. 27.01.2023-cü ildə kafedraya rəhbərlik b/m. Nurkhodzha Akbulaevə həvalə edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən “İqtisadiyyat və İşlətmə” kafedrasının akademik heyətini professor, dosent, köməkçi dosent və dotorantura təhsillərini xarici ölkələrdə təhsil almış azərbaycanlı və türkiyəli müəllimlər təşkil edir.

MƏRAMIMIZ (VİZYONUMUZ)

Özünün müasir, yenilənən təhsil və idarəçilik metodları ilə universitetimizi dünya arenasında ön sıralara çıxarmaq üçün  yalnızca ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da sayılıb seçiləcək, beynəlxalq rəqabətə davamlı, keyfiyyətli dərslər tədris etmək, ölkənin sosial və iqtisadi həyatına tövhələr verəcək, eyni zamanda beynəlxalq əhəmiyyətli araşdırmalar apararaq Azərbaycanın, universitetimizin və kafedramızın adını yüksəldə biləcək liderlik keyfiyyətlərinə  malik akademik heyətə sahib kafedra olmaqdır.

MİSSİYAMIZ

 

Müasir dünyada baş verən yeniliklərə uyğun olaraq, yenilənən texnologiyalardan, idarəetmə və təhsil metodlarından istifadə edərək, cəmiyyətə faydalı, öz sosial məsuliyyəttini dərk edən, hüquq və vəzifələrini bilən, etik dəyərlərə qarşı həssas, cəmiyyətdə düşüncəsi və davranışları ilə fərqlənəcək, eyni zamanda karyerada qazandığı bilik və təcrübələri istifadə edərək yüksələn, liderlik və idarəçilik bacarıqlarına sahib, yaradıcı, yeniliyə açıq, daima özünü inkişaf etdirən fərdlər yetiştirmək üçün keyfiyyətli dərslər tədris etmək, ölkəmizin iqtisadiyyatına və təhsilinə tövhə verəcək akademik araştırmalara imza atan, yazdığı məqalə və kitablarla həm ölkə daxilində, həm də beynəlxalq arenada tanınan bir akademik heyətə sahib olmaqdır.

STRATEJİ MƏQSƏDİMİZ

Kafedramız elm sahəsində öz fəaliyyəti ilə seçilən, dövlət və özəl sektorun bugünki və gələcək ehtiyaclarını qarşılayan istedadlı kadrlar yetişdirilməsində müasir təhsil metodlarından istifadə etməyi, ölkəmizin inkişafına öz tövhəsini verməyi,  əldə etdiyi yeni bilik və təcrübələrini tələbələrimizlə paylaşaraq keyfiyyətli və rəqabət qabiliyyətli təhsil verməyi qarşısına məqsəd qoymuşdur.

STRATEJİ HƏDƏFLƏRİMİZ

  • Gənc müəllim heyətinin təkminləşdirilməsi üçün daimi təlim vermək.
  • 2025-ci ildə kafedramızda tədris olunan dərslərin 100%-nin elektron dərsliklərlə təmin olunmasını təşkil etmək.
  • 2022-2027-cı illər ərzində kafedramızın akademik heyətinin nəşr etdirdiyi kitabların sayını 2 dəfə artırmaq.
  • Kafedramızın öz tədris və araşdırma fəaliyyətini daha effektiv şəkildə davam etdirə biləcəyi bir infrastruktura sahib olmaq.
  • Akademik heyətimizin apardığı araştırmaların nəticəsi olaraq yazdığı elmi məqalə və nəşrlərin sayını 2 dəfə artırmaq.
  • Beynəlxalq nüfuzlu jurnallarda çap olunan və beynəlxalq konfranslarda təqdim edilən məqalə və araşdırmaların sayını 2 dəfə artırmaq.
  • 2022-2027-ci illər ərzində fakültənin və kafedranın daxili və xarici imkanlarından yararlanaraq tələbə heyətinin elmi-tədqiqat işlərinə dəstək olmaq məqsədi ilə təqaüd fondunun yaradılması.

*
DƏYƏRLƏRİMİZ

Kafedramızın təməlində bizi özünəməxsus edən və digər kafedralardan fərqləndirən əsas cəhət dəyərlərimizdir. İllər keçsə də, bu dəyərlərə sadiq qalaraq onların işığında gələcəyə doğru irəliləməkdəyik.

  • Yaradıcı və yenilikçi olmaq
  • İntizamlı olmaq
  • Dürüst olmaq
  • Şəffaq olmaq
  • Mükəmməl olmaq
  • Vətənsevər olmaq
  • İnkişafa can atmaq
  • Etik dəyərlərə sahib olmaq
  • Çağdaş olmaq
  • Sosial məsuliyyətli olmaq
  • Milli kimliyə sahib olmaq
  • Davamlı öyrənmək
  • Komanda şəklində çalışmaq

Professor-müəllim heyəti:

Yusif Əliyev

Subjects Taught in Departments

İqtisadiyyat (İktisat)
İşletme (Biznesin idarə edilməsi)
Maliye (Maliyyə)
Muhasebe (Mühasibat)
Pazarlama ( Marketinq)
Kamu yönetimi (Dövlət və bələdiyyə idarəetməsi)
Uluslararası Ticaret ve lojistik ( Beynəlxaq ticarət və lojistika)

İxtisaslar: 

Biznesin təşkili və idarəedilməsi (Bakalavr-Magistratura)
Beynəlxalq münasibətlər(Bakalavr-Magistratura)
Turizm və Otelçilik (Bakalavr-Magistratura)

Contact

Bakı, H.Əliyev küçəsi, 135 (IV korpus)

Phone

+(994) 12 440-89-37

Email

Other Departments