UNEC Kitabxana informasiya mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) aparıcı struktur bölmələrindən biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.
Kitabxana haqqında
UNEC Kitabxana informasiya mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) aparıcı struktur bölmələrindən biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.
UNEC kitabxanası 1930-cu ildən Əsaslı kitabxana kimi fəaliyyət göstərmişdir. 15.04.2019-cu il tarixdən Əsaslı kitabxanın bazasında UNEC Kitabxana informasiya mərkəzi yaradılmışdır.
Hazırda kitab, kitabça (broşür), jurnal, qəzet, tədris proqramı, dissertasiya, avtoreferat, mikrofilm və digər təhsil-informasiya resurslarına sahib olan zəngin kitabxana geniş oxucu kütləsinə, ölkəmizdə iqtisadiyyat yönümlü mənbələr sahəsində nəinki universitetdaxili istifadəçilərin, həmçinin kənar istifadəçilərin də müraciət etdiyi əsas mərkəzlərdən birinə çevrilmişdir.
Kitabxana şəbəkəsində Azərbaycan, rus, türk və ingilis dillərində kifayət qədər yazılı, səsli və görüntülü təhsil-informasiya resursları əldə etmək mümkündür. Kitabxana hər il yeni nəşr olunmuş monoqrafiya, dərslik, dərs vəsaitləri, metodik göstərişlər hesabına fondunu zənginləşdirir, mütəmadi olaraq oxucuları dövri mətbuatla təmin edir. Aktuallığını itirmiş, zamanın tələblərinə cavab verməyən kitablar mütəmadi olaraq yeniləri ilə əvəz olunur.
Oxucu–izləyicilər üçün elektron kitabxana xidmətləri göstərilir, library.unec.edu.az – saytının elektron kataloqda olan öz əksini tapmış bütün informasiya resursları, o cümlədən e-kitablar, a-kitablar davamlı olaraq artmaqdadır.
UNEC kitabxana informasiya mərkəzinin strukturu:
1. Depozitar fond
2.Əsaslı kitabxana [492-59-03]
-Kataloqlaşdırma, kitabiləşmə və biblioqrafiya şöbəsi
-Xidmət şöbəsi
-Elektron resurslar şöbəsi
3. 24/7 kitabxana
4. Oxu zalı
4.1. 1 saylı tədris binası üzrə oxu zalı
4.2. 2 saylı tədris binası üzrə oxu zalı
4.3. 4 saylı tədris binası üzrə oxu zalı
Məqsədi
Hüquqları
Açıq girişi olan elektron bazalar:
Əsaslı Kitabxananın fondunda 76064 nüsxə ədəbiyyat var:
Tədris ədəbiyyatı – 51446 nüsxə
Elmi ədəbiyyat – 12212 nüsxə
İctimai ədəbiyyat – 5429 nüsxə
Bədii ədəbiyyat – 6977 nüsxə