Rus İqtisad Məktəbində insan haqları üzrə mühazirə keçirilib

  • 12 May 2025
  • 6

UNEC-in Rus İqtisad Məktəbində insan haqları mövzusunda növbətiçühazirə keçirilib. “İqtisadiyyat” kafedrasının baş müəllimi Aytən İbadova tələbələrlə insan haqları üzrə əhatəli müzakirə aparıb.

Mühazirədə əsas diqqət insan hüquqlarına, xüsusilə isə mədəni hüquqlara yönəlib. Aytən İbadova insanın mədəni asudə vaxt keçirmək imkanlarının təmin edilməsinin, eləcə də bu amilin minimum istehlak səbətində nəzərə alınmasının vacibliyini vurğulayıb.

Bu tədbir UNEC-də silsilə şəkildə keçirilən maarifləndirici görüşlər çərçivəsində baş tutub və tələbələrin hüquqi biliklərinin artırılmasına xidmət edib.