Elşən   Məmmədov

Elşən Məmmədov

İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının müdiri, i.f.d., dosent

Avesis link

Bakı, H.Əliyev küçısi, 135 (UNEC II Tədris korpusu)
[email protected] ; [email protected]
492-59-03 (12 18)

Məmmədov Elşən  Qardaşxan oğlu 4 avqust  1974-cü ildə Beyləqan rayonunda anadan olmuşdur.
1991-ci ildə Füzuli şəhəri Mirmehdi Xəzani adına orta məktəbi bitirmişdir.
1999-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmiş, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistraturasını fərqlənmə diplomu ilə başa vurmuşdur.

2002-ci ilin mart ayında Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasında laborant vəzifəsində işə qəbul olunmuş, həmin ilin sentyabr ayından isə müəllim vəzifəsində fəaliyyətə başlamışdır.
UNEC-in «Sоsiаl sferаnın iqtisаdiyyаtı və idаrə edilməsi» kafedrasının dosentidir.
14.12.2021-ci il tarixdən 02.09.2022-ci il tarixə kimi UNEC-in İqtisadiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
02.09.2022-ci il tarixdən “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir.

31 may 2013-cü ildə “Azərbaycanda turizm bazarının formalaşması və idarə olunmasının regional xüsusiyyətləri” mözusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 fevral 2014-cü il tarixli (protokol № 05-k) qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Bir çox beynəlxalq və respublika səviyyəli elmi konfransların iştirakçısı olmuşdur.