
Emin Qəribli
DQƏTM-də Əlavə təhsil şöbəsinin müdiri, i.e.n., dosent
Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06
Qəribli Emin Adil oğlu 1995-1999-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin bakalavr, 1999-2001-cü illərdə həmin universitetin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr pilləsini bitirmişdir.
2007-cu ildən iqtisadiyyat üzrə fəlsəfə elmləri doktorudur.
2013-cü ildən Bakı Dövlət Universitetinin Elmlər doktoru proqramı üzrə qiyabi təhsil alır.
Əmək fəaliyyətinə 1996-ci ildə “Radiasiya” elmi texniki şirkətədə kommersiya məsələləri üzrə prezident köməkçisi vəzifəsində başlamışdır.
1999-2005-cı illərədə Bakı və Beynəlxalq və Şəhələr arası Avtovağzal müəssisəsində mühasib vəzifəsində çalışıb.
2005-2009-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetininin Distant və əlavə təhsil mərkəzində İxitasdaartırma və yaşlıların təhsili şöbəsinin müdiri olub.
2009-2012-ci illərədə AR Vergilər Nazirliyində şöbə müdiri, baş vergi müfəttişi vəzfiələrində çalışıb.
2013-cü ildən UNEC-in DQƏTM-də Əlavə təhsil şöbəsinin müdiri vəzifəsində çalışır.
2006-2015-ci illərdə Bakı Dövlət Universitetinin “Dünya İqtisadiyyatı” kafedrasında, 2009-2013 -cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergilər və vergitutma” kafedrasında dərs demişdir.
2015-ci ildən “Beynəlxalq iqtiisadiyyat” kafedrasının dosenti olub. Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.
Tədqiqat sahələri: Makroiqtisadiyyat, İnkişaf İqtisadiyyatı, İnstitusional İqtisadiyyat,Vergi işi və Fiskal Siyasət.