Əvəz  Bayramov

Əvəz Bayramov

İqtisad elmləri doktoru, professor

Avesis link

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Bayramov Əvəz İslam oğlu 1961-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunda anadan olub.
1987-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib.

1991-ci ilə kimi Ticarət Nazirliyi sistemində işləyib.
1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində baş laborant, müəllim, dosent, prorektor vəzifələrində işləyib.
1995-ci ildə dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsinə, 2004-cü ildə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
2015-ci ilə kimi İqtisad Universitetinin Elm və informatika texnologiyaları üzrə prorektoru vəzifəsində çalışıb.
“İqtisad elmləri: nəzəriyyə və praktika” elmi-nəzəri jurnalının redaktoru olub.
Hazırda UNEC-in  “İqtisadiyyat” kafedrasının (0,5 şt.) professorudur.

200-dən çox elmi əsər, məqalə, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

1997-ci ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.
2003-cü ildə “Qızıl qələm” mükafatına layiq görülüb.
AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülüb.

 

Evlidir, iki övladı var.