2002-ci ilin fevral ayından həmin kafedrada müəllim;
2008-ci ilin iyun ayından isə baş müəllim vəzifəsində çalışır.
15 may 2006-cı il tarixdə “Kəndli-fermer təsərrüfatlarında mühasibat uçotunun və istehsalın səmərəliliyinin təhlilinin təkmilləşdirilməsi” mövzusunda 08.00.12 “Mühasibat uçotu, statistika” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 dekabr 2006-cı il tarixli (protokol № 35-k) qərarı ilə ona iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
2006-cı ilin sentyabr ayından Amerika Birləşmiş Ştatlarının (ABŞ) Daxili Auditorlar İnstitutunun üzvüdür.
2021-ci ilə kimi “Mühasibat uçotu və audit” kafedrasının dosenti vəzifəsində çalışıb.
2021-ci ilin avqust ayında Maliyyə və mühasibat fakültəsinin dekanı təyin olunub.
Seçkilərin nəticələrini nəzərə alaraq 31.03.2023-cü il tarixində UNEC Rektorunun müvafiq əmrilə Maliyyə və mühasibat fakültəsinin dekan vəzifəsinə təyin edilib.