İradə  Abdullayeva

İradə Abdullayeva

tərcüməçi (ingilis dili üzrə)

Avesis link
 +(994) 12 440-80-76

fil.ü.f.d. Abdullayeva İradə Bəkir qızı 9.03.1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirmişdir.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Ədəbiyyat İnstitutunun “Xarici Ədəbiyyat” şöbəsinin dissertantı olmuşdur. 2014-cü ildə Xarici Dillər Universitetində “Amerika ədəbiyyatında simvolların işlədilməsi” mövzusunda müdafiyə etdikdən sonra Ali Attesstasiya Komissiyasının qərarına əsasən filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.



 

1996-cı ildə  Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda dərs demiş, 1997-ci ildə Naxçıvan Özəl Universitetində müəllim işləmişdir. 1998-ci ilin oktyabr ayından Azərbaycan Dövlət İqtisad İnstitutunda işləmişdir. 2001-ci ilin sentyabr ayından tam ştat müəllim vəzifəsinə keçirilmişdir. 2004-cü ilin oktyabr ayından baş müəllim vəzifəsinə təyin edilmişdir. 2022-ci ilin oktyabr ayından Tərcümə Mərkəzində tərcüməçi (ingilis dili üzrə) vəzifəsində calışır.

 

Yerli və xarici jurnallarda 8 məqaləsi dərc olunmuşdur.

2008-ci ilin aprel ayı və 2015-ci ilin may ayında İELTS intahanindan müvəffəqiyyətlə keçərək ingilis dili biliyi üzrə 7,5 bal toplamışdır.

Kafedranın və departamentin təşkil etdiyi seminarlarda, ingilis dilinin tədrisi metodikasına həsr edilmiş nəzəri-metodoloji və praktik konfransların iştirakçısıdır.

9 milli və 3 beynəlxalq sertifikatlar əldə etmişdir.

Ailəlidir, bir övladı var.