Lalə   Həmidova

Lalə Həmidova

İqtisad elmləri namizədi, dosent

Avesis link

Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98

1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «İstehsalın iqtisadiyyatı və idarə edilməsi» ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2001-ci ildə «İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə başa vurmuşdur.
2005-ci ildə “Bazar iqtisadiyyatı şəraitində sənayedə struktur dəyişikliklərinin investisiya prioritetləri” mövzusunda dissertasiya işini müdafiyə etmişdir.
2006-cı ildə iqtisad elmləri namizədi adını almışdır.

2000-2002-cı illərdə “Sənayenin iqtisadiyyatı” kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2003-2017-ci illərdə “Müəssisənin iqtisadiyyatı” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrini tutmuşdur.
Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti idi.
Hazırda "Tətbiqi iqtisadiyyat" kafedrasının dosentidir.

 

53 elmi və tədris-metodiki işin müəllifidir. Onlardan 1 monoqrafiya, 1 dərs vəsaiti, 1 metodik göstəriş, 18 elmi məqalə, 11 proqram, 21 elmi-praktik konfransların tezisləridir.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI

 

Ailəlidir, iki övladı var.