Lalə   Məmmədova

Lalə Məmmədova

Dizayn Məktəbinin direktoru, s.ü.f.d.,

Avesis link

[email protected]
+(994) 012 492 59 03 (13-21)
Bakı, Murtuza Muxtarov, 194 (UNEC-in III Tədris Binası)

Məmmədova Lalə Hamlet qızı 10.10.1972-ci il Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olub.
1989-cü ildə Bakı şəhəri, Nəsimi rayonu 174 saylı orta məktəbi bitirib.
1989-1994-cü illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetin “Bədii qrafika” fakültəsini bitirib.

1994-1999-cu illərdə H.Aslanov adına 175 saylı orta məktəbdə “Təsviri sənət” fənni üzrə müəllim vəzifəsində çalışıb.
1999-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Dizayn” kafedrasında assistent, 2000-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universiteti “Dizayn” kafedrasında baş müəllim vəzifəsində çalışıb.
15.09.2014-cü ildən həmin kafedrada müdir əvəzi, 21.04.2016-cı ildən müdir vəzifəsində çalışıb.
UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ 172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ 173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixindən ləğv edilmiş “Dizayn” kafedrasının bazasında yaradılmış UNEC Dizayn məktəbinin direktoru vəzifəsində çalışır.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

2013-cü ildə “Orta əsr Azərbaycan miniatür rəssamlarının yaradıcılığında rəsm” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir və 03.03.2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. (diplom FD№08684, 03 mart 2014-cü il, protokol №06-k).
22 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası (protokol № 14 – k) Dizayn kafedrası üzrə Dosent elmi adı verilmişdir. Diplom – DS №06888, (050321) – Dizayn
Elmi-pedaqoji stajı 25 ildir, 90-dan artıq elmi əsərin, o cümlədən 2 dərslik, 11 tədris proqramın müəllifidir.

2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilin inkişafındakı xidmətlərinə və yüksək kadrların hazırlanması sahəsində nailiyyətlər əldə etdiyinə görə “Fəxri Fərmanla” təltif olunub.
2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi  tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə  “Qabaqcıl Təhsil İşçisi Döş Nişanı” ilə təltif olunub.

      AKADEMİK PROFİLLƏR
Google Scholar
Research Gate
ORCID
Publons***

    TƏDQİQAT SAHƏLƏRİ

  • Dizayn (sahələr üzrə)
  • Moda industriyası
  • Təsviri sənət
  • Dekorativ-tədbiqi sənət
  • Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.