Mehriban Əliyeva

Mehriban Əliyeva

İxtisas rəhbəri, i.e.n., dosent

Avesis link

 Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98

Əliyeva Mehriban Şaban qızı 12 oktyabr  1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmiş və həmin ildə  “Mühasibat uçotu” kafedrasında laborant vəzifəsində işə qəbul edilmişdir.
1997-2003-cü illərdə Azərbaycan Elmi-Tədqiqat  Kənd Təsərrüfatının İqtisadiyyatı  və Təşkili İnstitutunun dissertantı olmuşdur.
2004-cü ildə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasiabt uçotu” kafedrasında baş müəllim vəzifəsində çalışıb.
2017-ci ilin sentyabrından UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti vəzifəsində çalışır.

43  elmi-metodik əsərin müəllifidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

Ailəlidir, iki övladı var.