1982-ci ildə T.Şevçenko ad. Kiyev Dövlət Universitetinə daxil olmuşdur.
1987-ci ildə həmin universiteti bitirmişdir.
1987-1990-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər Universitetinin «Siyasi iqtisad» kafedrasının baş laborantı olmuşdur.
1990-1992-ci illərdə Bakı Dövlət Universitetinin aspirantı olmuşdur.
1992-2014-cü illərdə İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında baş müəllim, dosent işləmişdir.
2003-cü ildə namizəlik dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
2014-cü ilin aprelindən 2016-cı ilin iyuluna kimi Azərbaycan Dövlət İqtisad Universitetinin BİM fakültəsinin dekanı olmuşdur.
2016-cı ildən UNEC-in Rus dilində Tədris Mərkəzinin direktorudur.
Hazırda “Tətbiqi iqtisadiyyat” kafedrasının dosentidir.
UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəridir.