Nailə Vəliyeva Tofiq

Nailə Vəliyeva Tofiq

Xarici Dillərin Tədrisi Mərkəzinin professorudur

Avesis link
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris binası)
+(994) 12 564 26 74
21 fevral 1960-cı ildə Sumqayıt şəhərində anadan olub.
1977-ci ildə Sumqayıt şəhəri 12 saylı orta məktəbi fərqlənmə ilə bitirib.
Məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti ) daxil olub, 1982-ci ildə institutu bitirib.
1986-ci ildə   M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun aspiranturasına daxil olub, 1986-cı ildə fərqlənmə diplomu ilə bitirib.
1996-cı ildən pedaqoji elmlər namizədi, 2008-ci ildən pedaqoji elmlər doktoru adını Ali Atestasiya Komissiyası  tərəfindən alıb.
1984-cü ildən  2001-ci ilədək M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun “Rus dili” kafedrasında saat hesabı müəllim, laborant, baş laborant, müəllim, dosent  vəzifələrində çalışıb.
2001-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin “Rus dili” kafedra müdiri vəzifəsində çalışıb.
2006-cı ildən həmin kafedrada dosent, 2013-cü ildən professor əvəzi olaraq çalışıb.
Hazırda UNEC-in  Xarici Dillərin Tədrisi Mərkəzinin professorudur.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2020-ci il 25 noyabr tarixli, F-159 nömrəli əmrinə əsasən “Qabaqcıl Təhsil İşçisi” Döş Nişanı ilə tətlif olunmuşam.

Ailəlidir, iki övladı var.