Namiq  Sadıqov

Namiq Sadıqov

İqtisad elmləri namizədi, dosent

Avesis link

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Sadıqov Namiq Ənvər oğlu 12.09.1955-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşdur.
1972-ci ildə Göyçay rayon 1 saylı orta məktəbi bitirmişdir.
1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ümumiqtisad fakültəsinin Siyasi iqtisad ixtisasına daxil olmuşdur.

1978-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirərək iqtisadçı, siyasi iqtisad müəllimi ixtisasını almışdır.

1978-1981-ci illərdə Gəncə Politexnik Texnikumunda, 1981-1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda siyasi iqtisad müəllimi vəzifəsində işləmişdir.
1992-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür.
1995-2004-cü illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda “İqtisad elmləri” kafedrasının müdiri;
2004-2005-ci illərdə “Biznes inzibatçılığı” fakültəsində dekan müavini;
2005-ci ildən “Maliyyə-2” fakültəsində dekan müavini vəzifəsində çalışıb.
Hazırda “İqtisadiyyat” kafedrasının dosentidir.

50-dən çox müxtəlif səpgili elmi əsərlərin müəllifidir.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

 

Ailəlidir, üç övladı və bir nəvəsi var.