Sevinc Hüseynova

Sevinc Hüseynova

tərcüməçi (ingilis dili üzrə)

Avesis link
+(994) 12 440-80-76

Hüseynova Sevinc Aydın qızı 01 sentyabr 1964-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. 1971-1981-ci illərdə orta məktəbi bitirmişdir. 1982-ci ildə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutuna daxil olmuş, 1987-ci ildə həmin institutu bitirmişdir.



1989-cu ildən 1997-ci ilə qədər "Azərbaycan" qəzetində xüsusi müxbir vəzifəsində çalışmışdır. 1998-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində "Xarici Dillər" kafedrasında ingilis dili müəllimi, 2003-2022-ci il tarixinə qədər isə baş müəllim olaraq çalışmışdır. 2022-ci ildən Tərcümə Mərkəzində tərcüməçi (ingilis dili üzrə) vəzifəsində çalışır.
Universitetin seminar və konfranslarinda, tədbirlərində iştirak etmiş, bir çox məqalələri çap olunmuşdur. 

Azərbaycan Dövlət İqtisad Universitetinin( UNEC) 31.08.20-04.09.20-ci il tarixində təşkil etdiyi "Distant təhsildə tədrisin təşkili və metodiki təminati" təlimində  Sertifikat ilə təltif olunmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95-illik yubileyi münasibətilə 18 iyun 2025-ci il tarixində Təşəkkürnamə ilə təltif olunmuşdur.
Ailəlidir, üç övladı var.