Tahirə Kərimova

Tahirə Kərimova

Baş müəllim

Avesis link

Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98

Kərimova Tahirə Hüseyn qızı 23 yanvar 1961-ci ildə Azərbaycan Respublikasının Beyləqan rayonunda anadan olmuşdur.
1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət iqtisad Universiteti) Fərqlənmə diplomu ilə bitirmişdir və təyinatla Bakı şəhər Ticarət idarəsində ixtisası üzrə işləmişdir.

1984-1988-ci illərdə Bakı şəhər Oktyabr (Yasamal) rayonunun Gənclər Komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır.
1988-1995-illərdə Bakı Sovet Ticarəti Texnikumunda (indiki Bakı Ticarət kolleci) metodist-müəllim vəzifəsində işləmişdir.
1997-ci ildə Azərbaycan Xarici Ticarət Birliyində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.
1998-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında müəllim, 2001-ci ildən 2017-ilə kimi baş müəllim vəzifəsində çalışıb.
2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının baş müəllimidir.

“Dünya iqtisadiyyatı”, “Beynəlxalq iqtisadi təşkilatlar” dərsliklərinin və Xarici iqtisadi reklam fənni üzrə tədris proqramının həmmüəllifidir.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI

 

Ailəlidir, iki övladı var.