Yaşar Kəlbiyev

Yaşar Kəlbiyev

“İqtisadiyyat və texnoloji elmlər” kafedrasının müdiri, i.e.d., prof.

Avesis link

[email protected]
+(99412) 440 71 59

Kəlbiyev Yaşar  Atakişi oğlu 1964-cü ildə anadan olub.
1982-1989-cu illərdə (1983-1985-ci illərdə sovet ordusunda hərbi xidmət) M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) İqtisadçı-mühəndis ixtisası üzrə təhsil alıb.
1991-1993-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasında təhsil alıb.
1999-cu ildə iqtisad elmləri namizədi, 2010-cu ildə isə iqtisad elmləri doktoru elmi dərəcəsi və dosent elmi adı alıb.

1989-1991 – M.Əzizbəyov adına Neft və Kimya İnstitutu, stajçı-tədqiqatçı və mühəndis;
03.1994-10.1995 – M.Əzizbəyov adına Neft və Kimya İnstitutu, “Maşınqayırma sənayesinin iqtisadiyyatı və idarəedilməsi” kafedrası, assistent;
1995-1999 – “Təfəkkür” Universitetində baş iqtisadçı və baş mühasib;
1999 – Vergilər Nazirliyi sistemində şöbə rəisi, Tədris Mərkəzinin rəisi;
2002-ci ildən  Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi vəzifələrində işləyib.
2008-2015-ci ilərdə “Vergi və vergiqoyma” kafedrasının müdiri, “Maliyyə və maliyyə institutları” kafedrasının professoru vəzifələrində çalışıb.
Hazırda UNEC-in “İqtisadiyyat və texnoloji elmlər” (əvvəlki “İqtisadiyyat və idarəetmə”) kafedrasının müdiridir.

İqtisadiyyatın müxtəlif sahələrinə dair 3 dərs­lik, 2 dərs vəsaiti, 3 monoqrafiya, 1 metodiki göstərişin müəllifidir. 90-dan çox elmi məqaləsi respublikada və xaricdə nəşr olunub.

06 oktyabr 2017-ci ildə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilib.

Tədqiq sahələri: Vergi siyasəti və vergi inzibatçılığı problemlərinin tədqiqi.