Zəhra  Qocayeva  Maqsud

Zəhra Qocayeva Maqsud

“Xarici dillərin tədrisi mərkəzi”nin müəllimi

Avesis link
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris korpusu)
+(994) 12 564 26 74
1989-cu il 15 yanvar tarixində Sumqayıt şəhərində anadan olmuşdur.
Orta təhsilinə 1996-cı ildə Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin 6 nömrəli məktəbində başlamış, 2005-ci ildə (9-cu sinifdə) təhsilini elə həmin məktəbdə bitirmişdir.
Azərbaycan Dillər Universiteti, İngilis dili müəllimi, 2011-2016 – Bakalavr

Azərbaycan Dillər Universiteti, Dilşünaslıq (İngilis dili), 2016-2018 – Magistratura
Azərbaycan Milli Elimlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutu, Dil nəzəriyyəsi, 2023 - Dissertantura
2014-2015-ci illərdə Quba rayon Xaroşa kənd ümumi orta məktəbində, 2019-2021-ci illərdə Qərbi Kaspi Universitetinin “İşçi dillər” mərkəzində ingilis dili müəllimi kimi fəaliyyət göstərmişdir.
2018-ci ildə Dövlət İmtahan Mərkəzində təşkil olunmuş təlimdə iştirak etmiş, bununla əlaqədar olaraq mərkəzdə Marker müəllim kimi çalışmışdır.
29.09.2021-ci ildən hazıradək isə Azərbaycan Dövlət İqtisad Universitetində Xarici Dillər Departamentinin Xarici dillərin tədrisi mərkəzinin  müəllimi vəzifəsində çalışır.
Hazırda “Xarici dillərin tədrisi mərkəzi”nin müəllimidir.

Z.M.Qocayeva elmi jurnallarda nəşr edilmiş 3 elmi məqalənin müəllifidir. 

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

  1. İngilis dilinin Britaniya və Amerika variantlarında feillərin müqayisəsi, məqalə, ADU, Azərbaycanda Xarici Dillər, №1, Bakı,Mütərcim, 2018, səh.37
  2. İngilis dilində frazeoloji birləşmələrin tərcüməsi prosesində qarşıya çıxan çətinliklər, məqalə, ADU, Azərbaycanda Xarici Dillər, №2, Bakı,Mütərcim, 2018, səh.130
  3. İngilis dilinin Britaniya və Amerika variantlarında feillərin fərqi, məqalə, QKU, ElmiXəbərlər, №2, Bakı, 2020, səh.74
2015-ci ildə Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Kurikulumla bağlı təlimdə iştirak etmiş və müvəfəqiyyət seritifikatı əldə etmişdir.
2018-ci ildə Azərbaycan İngilis dili Müəllimlərinin Assosasiyasinin üzvü olmuş və assosasiya tərəfindən təşkil olunmuş konfranslarda iştirak etmiş və sertifikat əldə etmişdir.
2019-cu ildə TKT (Teaching Knowledge Test) rəsmi beynəlxalq sertifikatını əldə etmişdir.
2020-2021 –ci illərdə Cousera platformasında müxtəlif universitetlər tərəfindən təşkil olunmuş İngilis dilinin pedaqoji sahəsi ilə bağlı müxtəlif dil kurslarında iştirak etmiş ve sertifikatlar əldə etmişdir.
2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təşkil olunmuş Soft Skills təlimində, 2023-cü ildə isə Digital Skills təlimində iştirak etmiş və sertifikat qazanmışdır.
Azərbaycan Dövlət İqtisad Universiteti və “British Coucil” tərəfindən təşkil edilmiş imtahanda iştirak edərək “Aptis” üzrə beynəlxalq sertifikat qazanmışdır.