Rəqəmsal Təhsilin Təşkili Şöbəsi

Şöbənin əsas missiyası UNEC-də tədrisin rəqəmsal əsaslarla təşkilini təmin edərək tələbələrə və müəllimlərə müasir, çevik və effektiv təhsil mühiti təqdim etməkdir. 

Bu missiya çərçivəsində onlayn və hibrid dərslər, elektron qiymətləndirmə sistemləri vasitəsilə tədrisin keyfiyyətini və əlçatanlığını artırmağa çalışırıq. UNEC-də həyata keçirilən
rəqəmsal təhsil layihələri, ölkədə və beynəlxalq miqyasda 
rəqəmsal təhsilin inkişafına mühüm töhfə verir.

UNEC təhsil sistemində müasir yanaşmaların tətbiqini prioritet olaraq müəyyən edib, bu məqsədlə Rəqəmsal Təhsilin Təşkili Şöbəsi universitetin tədris prosesini rəqəmsal mühitdə optimallaşdırma və inkişaf etdirməklə, təhsil texnologiyalarının geniş şəkildə tətbiqini təmin edir. 

Şöbə fəaliyyətinə  2016-ci ildən Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin Elektron universitet şöbəsi adı ilə başlamış, UNEC-in 15.02.2024-cü il tarixli saylı əmri ilə UNEC Extern tədris mərkəzinin Təhsil və təlim texnologiyaları, daha sonra isə 15.09.2025-ci il tarixindən Rəqəmsal təhsilin təşkili şöbəsi adı altında  fəaliyyətini davam etdirməkdədir.

Şöbə, universitetin tədris prosesinin daha çevik, əlçatan və rəqəmsal mühitdə təşkili və nəzarətini təmin etməkdədir. UNEC-də həyata keçirilən rəqəmsal təhsil təşəbbüsləri, universitetin rəqəmsal transformasiyasına xidmət edir, bu da tədris keyfiyyətinin yüksəldilməsi və təhsil mühitinin modernləşdirilməsi üçün vacibdir.

Fəaliyyət istiqamətlərimiz: Rəqəmsal Təhsilin Təşkili Şöbəsinin fəaliyyət sahələri genişdir və bir neçə əsas istiqamətə bölünür: Tədrisin elektron idarəetmə sistemi, EDUMAN-n idarə edilməsi;
Hibrid dərslərin seçimi və onların təşkili; Onlayn dərslərin təşkili; Elektron qiymətləndirmə sistemlərinin tətbiqi

LMS istifadəsi istiqamətində müəllim, tələbə və inzibati heyət üçün rəmsal bacarıqlarının artırılması üzrə təlimlərin təşkili.*
Əlaqə:
Telefon: +994 12 492 59 25
E-poçt: tttsh@unec.edu.az