Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi

Mərkəzin fəaliyyət istiqamətlərinə xarici dil üzrə qiymətləndirmənin təşkili; test və şifahi imtahanların hazırlanıb UNEC İmtahan Mərkəzinə təqdim edilməsi; tədris ili ərzində tədrisdə keyfiyyətin artırılması üçün mütəmadi olaraq dərslərin monitorinqinin təşkili və s. aiddir.  

Xarici dillər departamentinin yaradılması haqqında UNEC-in Elmi Şurasının 14.07.2023-cü il tarixli EŞ 188-li qərarının icrasını təmin etmək məqsədilə  06.09.2023-cü il tarixdən “Xarici dillər” kafedrası ləğv edilərək onun bazasında müstəqil struktur bölmə kimi "Xarici Dillər Departamenti" və onun nəzdində “Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi” yaradılmışdır. 

Mərkəzin hüquqları:

  • Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflər, proqramlar, planlar, tədbirlər hazırlamaq və həyata keçirmək üçün Xarici Dillər Departamentinə təklifləri təqdim etmək; Yeni gələn müəllimlərin, habelə saathesabı müəlimlərin nümunə dərslərinin qiymətləndiril-
    məsi və s.

Mərkəzin vəzifələri:

  • Mərkəzin fəaliyyət proqramının hazırlanması və hər akademik ilin əvvəli Xarici Dillər Departamentinə təqdim edilməsi; “Placement Test”-lərinin suallarının hazırlanması və ya satın alınması və onların konfidensial saxlanılması və s.

  • Dərslərin keyfiyyət monitorinqini aparmaq üçün xüsusi tədris blankların hazırlanması və təsdiq edilməsi üçün Xarici Dillər Departamentinə təqdim edilməsi; Dərslərin keyfiyyətini ölçmək və təhsilalanlarda motivasiyanın artırılması məqsədilə sorğuların hazırlanması və s.

Ünvan: UNEC-in 1 saylı tədris binası (İçərişəhər) otaq 123

Telefon: +(994) 12 564 26 74

Mərkəzin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları