Yüksək keyfiyyətli ali təhsil ocağına çevrilmək
Tədqiqat universitetinə çevrilmək
Sahibkar universitetinə çevrilmək
Sosial xidmətlərdə aparıcı universitetə çevrilmək
Beynəlmiləl universitetə çevrilmək
Daha çevik və yüksək səmərəliliyə malik idarəetmə sisteminə sahib olmaq
Yüksək beynəlxalq reytinqli universitetə çevrilmək
UNEC subbakalavr, bakalavr, magistr (o cümlədən, MBA), doktorantura, ikinci təhsil və əlavə təhsil proqramları üzrə təhsil xidmətləri göstərir. Hazırda UNEC, ölkədə 4 dildə - azərbaycan, türk, rus, ingilis dillərində - təhsil verən yeganə ali təhsil ocağıdır.
UNEC-də elmi tədqiqatlar elmi-tədqiqat institutu, innovativ biznes inkubator, kafedralar, tədqiqat mərkəzləri və laboratoriyalarda həyata keçirilir. Universitetin elmi jurnalları və virtual iqtisadi forumu mövcuddur.
UNEC-də fəaliyyət göstərən UNEC həmkarlar təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, “İqtisadçı tələbələrə dəstək” İctimai Birliyi, “İqtisadçı tələbələrin elmi fəaliyyətinə yardım” İctimai Birliyi və digər tələbə təşkilatları hər il çoxlu sayda müxtəlif sosial məsuliyyətlilik layihələri həyata keçirirlər.