Xarici dillərin tədrisi mərkəzi

Departament haqqında

Azərbaycan Dövlət İqtisad Universitetində xarici dillərin tədrisinin keyfiyyətinin artırılması zəruriliyini nəzərə alaraq, Xarici dillər departamentinin yaradılması haqqında UNEC-in Elmi Şurasının 14.07.2023-cü il tarixli EŞ 188 -li qərarının icrasını təmin etmək məqsədilə  06.09.2023-cü il tarixdən “Xarici dillər” kafedrası ləğv edilərək onun bazasında müstəqil struktur bölmə kimi “Xarici dillər departamenti” yaradılmışdır.

Xarici dillər departamentinin tərkibində aşağıda göstərilən struktur bölmələr yaradılıb:

-“Xarici dillərin tədrisi mərkəzi”;
– “Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi”

-“UNEC Dil mərkəzi”;
– “Tərcümə mərkəzi”.

“Xarici dillərin tədrisi mərkəzi”nin dosenti Aysel Xəlilova 06.09.2023-cü il tarixdən Xarici dillərin tədrisi mərkəzinin 0,5 ştat əvəzçiliklə dosenti vəzifəsində saxlanılmaqla Xarici dillər departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.

Xarici dillər bir fənn kimi İqtisad Universiteti yaranan ilk gün­lərdən tədris olunmuşdur. Uzun müddət xarici dillər başqa dillərlə birlikdə «Dillər» kafedrasında cəmləşmişdir. 1959-cu ildən «Xarici dillər» kafedrasının tərkibində olmuşdur. 1966-cı ildə Аzərbаycаn Хаlq Təsərrüfаt İnstitutunun müstəqil аli təhsil оcаğı кimi fəаliyyəti yеnidən bərpа оlunduqdаn sоnrа “Хаrici dillər” каfеdrаsı təşкil еdilmişdir. 2001-ci ildə “Хаrici dillər” каfеdrаsı iкi hissəyə bölünmüşdür. Каfеdrаyа müхtəlif illərdə bаş müəllim S.А.Misirхаnоvа (1966-1976), dоs. N.Ə.Ələкbərоvа (1976-1986), dоs. F.D.Əlimirzəyеvа (1987-2000), filоl.е.n., dоs. N.H.Nəbiyеv  rəhbərliк еtmişlər.

Xarici dillərin tədrisi mərkəzində ingilis, fransız, alman, rus dilləri tədris olu­nur. Mərkəzin əməкdаşlаrı tədris оlunаn fənlərə dаir çох sаylı dərs vəsаitləri, кöməкçi vəsаitlər, tövsiyələr, prоqrаmlаr  işləyib hаzirlаmış və nəşr еtdirmişdir.  Хаrici dillərin tədrisinin dаhа dа yахşılаşdırılmаsı məqsədi ilə ingilis və frаnsız dilləri üzrə dеməк оlаr кi, bütün mövzulаr üzrə təqdimatlar hаzırlаnmış və intеrакtiv mеtоdlа tədris üçün müəllimlərin istifаdəsinə vеrilmişdir.

“Xarici dillərin tədrisi mərkəzi” UNEC-də xarici dil fənnini dörd bacarıq (oxu, yazı, dinləmə və danışıq) üzrə təşkil edir.

Xarici dillərin tədrisi mərkəzinə (əvvəlki Xarici dillər kafedrası) müxtəlif vaxtlarda baş müəllim S.A.Misirxanova (1966-1976), dos. N.Ə.Ələkbərova (1976-1986), fil.e.n., dos. F.Mustafayeva-Əlimirzəyeva (1987-2001), prof. A.Abbasova (2001-2023) başçılıq etmişlər.

“Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi” UNEC-də tələbələrin imtahan zamanı 4 bacarıq üzrə qiymətləndirməsini həyata keçirir.

Professor-müəllim heyəti:

Aysel Xəlilova

Контакты

Телефон

+(994) 12 564 26 74

Электронная почта

Другие кафедры