Qərbi Makedoniya Universitetinin nümayəndələri UNEC-də olublar

  • 02 февраля 2025
  • 100

Qərbi Makedoniya Universitetinin nümayəndələri UNEC-də olublar

Yunanıstanın Qərbi Makedoniya Universitetinin (QMU) UNEC-lə ortaq diplom proqramının məzunları və QMU-nun akademik heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.


Yunanıstanın Qərbi Makedoniya Universitetinin (QMU) UNEC-lə ortaq diplom proqramının məzunları və QMU-nun akademik heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC ilə Qərbi Makedoniya Universitetinin magistratura üzrə ortaq diplom proqramından məzun olmuş magistlər və  professor-müəllim heyətindən ibarət 35 nəfərlik nümayəndə heyəti rektor, professor Ədalət Muradovla görüşüb.
Görüş zamanı prof. Ədalət Muradov qonaqlara UNEC-in fəaliyyəti, əldə olunan nailiyyətlər, eləcə də gələcək hədəflər barədə məlumat verib. Yunanıstanlı nümayəndələr görüşdə öz təəssüratlarını bölüşüblər.
Sonra yunanıstanlı qonaqlar üçün UNEC-in I və III saylı tədris binalarında infotur təşkil olunub. Onlar Karyera mərkəzi, İmtahan mərkəzi, 24/7 kitabxana, Bloomberg Maliyyə laboratoriyası, Etern mərkəzi, mühəndislik və texnoloji laboratoriyalarla tanış olublar.
Xatırladaq ki, bu il UNEC-in Qərbi Makedoniya Universiteti ilə birgə magistr proqramından 67 nəfər məzun olub. Noyabr ayında Yunanıstanda keçirilən təntənəli Məzun Günündə UNEC rektoru Ədalət Muradov da iştirak edib.

Другие новости

22 апреля 2025
UNEC tələbəsinin komandası “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın Avrasiya turunun qalibi olub
15 апреля 2025
Между UNEC и ААТСО подписан меморандум о совместном сотрудничестве
14 апреля 2025
Yassavi adına Qazax-Türk Universitetində beynəlxalq konfrans keçiriləcək
14 апреля 2025
Состоялось открытие общежития и спортивного зала Загатальского филиала UNEC
11 апреля 2025
UNEC-də Scopus bazasında məqalə sayına görə fərqlənən kafedralar “Təşəkkürnamə”lərlə təltif olunub