UNEC-də müəllim və tələbə heyəti təltif olunub

  • 09 апреля 2025
  • 55

UNEC-də Elm Festivalı çərçivəsində “İqtisadiyyat, Ekonometrika və Maliyyə”, “Ətraf mühit elmləri”, “Biznes, menecment və mühasibat”, “Enerji”, “Riyaziyyat”, “Kompüter elmləri”, “Materialşünaslıq”, “Kimya və kimya mühəndisliyi” istiqamətləri üzrə son 5 ildə elmmetrik göstəricisi yüksək olan əməkdaşlar eləcədə, “Gələcəyin alimləri və mühəndisləri” adlı sərgidə aktiv iştirak edən tələbələr təltif olunublar.

Təltif olunma mərasimdə çıxış edən  UNEC-in rektoru prof. Ədalət Muradov və Elm və innovasiya məsələləri üzrə prorektoru prof. Rövnəq Rzayev müəllim və tələbə heyətini təbrik edərək, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar. 

Rektor tədbirdə UNEC-in təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan digər beynəlxalq tədbirlərdən, eləcədə universitetin gələcək hədəflərindən söz açıb.

Tələbələr UNEC-də onların keyfiyyətli təhsil almaları üçün yaradılan şəraiti yüksək qiymətləndirərək, universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda Rektor müəllim və tələbə heyətini “Təşəkkürnamə” ilə təltif edib.

Другие новости

22 апреля 2025
UNEC tələbəsinin komandası “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın Avrasiya turunun qalibi olub
15 апреля 2025
Между UNEC и ААТСО подписан меморандум о совместном сотрудничестве
14 апреля 2025
Yassavi adına Qazax-Türk Universitetində beynəlxalq konfrans keçiriləcək
14 апреля 2025
Состоялось открытие общежития и спортивного зала Загатальского филиала UNEC
11 апреля 2025
UNEC-də Scopus bazasında məqalə sayına görə fərqlənən kafedralar “Təşəkkürnamə”lərlə təltif olunub