UNEC-in nümayəndə heyəti Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində olub

  • 26 января 2025
  • 90

Bolqarıstanın Sofiya şəhərində yerləşən Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti ilə keçirilən görüşdə tərəfdaş universitetdən İqtisadiyyat və Biznes İdarəetmə fakültəsinin dekanı, "Sənaye İqtisadiyyatı və İdarəetmə" kafedrasının müdiri və "Enerji Bazarı və Xidmətləri" magistr proqramının direktoru Dos. Dr. Atanas Georgiev, “Maliyyə və Mühasibatlıq” kafedrasının müdiri və “Beynəlxalq Fəaliyyətlər və Universitet Əməkdaşlığı” üzrə dekan müavini Dos. Dr. Marcellin Yovogan, "Sənaye İqtisadiyyatı və İdarəetmə" Kafedrasının müəllimi, “Məsuliyyətli və Davamlı İdarəetmə" magistr proqramının rəhbəri Dos. Dr. Marina Stefanova, UNEC-dən Dizayn məktəbinin direktoru dos. Lalə Məmmədova, Biznes və menecment fakültəsinin dekanı dos. Mirağa Əhmədov və Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin mütəxəssisi Fəridə İsmayılova iştirak ediblər.

Görüş zamanı hər iki tərəf universitetlərarası əməkdaşlığın genişləndirilməsi məqsədilə ali təhsil müəssisələri haqqında hazırlanmış təqdimatlarla çıxış edilmiş, gələcəkdə mümkün istiqamətlər üzrə əməkdaşlıqlar haqqında müzakirələr aparılıb. Belə ki, tələbə mübadiləsi, birgə layihələrin icrası, eləcə də UNEC tələbələrinin Bolqarıstan hökumətinin təqaüd proqramlarında iştirakını təşviq edəcək addımların atılması, həmçinin, iki universitet arasında elmi-tədqiqat sahəsində əməkdaşlıq üçün uyğun ixtisasların seçilməsi və tədqiqatçıların bu prosesə cəlb olunması istiqamətində atılacaq addımlar planlaşdırılıb. Sonda UNEC pedaqoji heyəti tələbələr qarşısında “Menecment”, “Biznes sektorlarında informasiya və kommunikasiya texnologiyalarının mühüm rolu” və “Müasir sənaye dizaynının formalaşmasında yeni texnologiyaların rolunun təhlili” mövzularında qonaq məruzəçi qismində çıxış ediblər.

Другие новости

22 апреля 2025
UNEC tələbəsinin komandası “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın Avrasiya turunun qalibi olub
15 апреля 2025
Между UNEC и ААТСО подписан меморандум о совместном сотрудничестве
14 апреля 2025
Yassavi adına Qazax-Türk Universitetində beynəlxalq konfrans keçiriləcək
14 апреля 2025
Состоялось открытие общежития и спортивного зала Загатальского филиала UNEC
11 апреля 2025
UNEC-də Scopus bazasında məqalə sayına görə fərqlənən kafedralar “Təşəkkürnamə”lərlə təltif olunub