Afaq Hacıyeva Zakir

Afaq Hacıyeva Zakir

"İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti

Ссылка Avesis
Bakı, Həsən Əliyev, 135 ( II Tədris binası)
492-59-03 (12 18)
27 may 1980 - ci ildə 1 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir.
1997-2001 ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində bakalavr, 2001-2004 cü illərdə isə Coğrafiya fakültəsində “Landşaftşünaslıq” ixtisası üzrə magistr təhsili alaraq, hər iki pilləni fərqlənmə diplomu ilə bitirmişdir.
2016 -cı ildə “5408.01-Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası “ ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə etmişdir.
2001-2008 -ci illərdə Bakı şəhəri, 129 saylı orta məktəbdə Coğrafiya müəllimi vəzifəsində, 2008- ci ildə UNEC-də müəllim, 2019 -cu ildə baş müəllim vəzifələrində çalışmışdır.
Eyni zamanda 2010-2012 - ci illərdə Bakı Peşə litseyində ixtisas rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Coğafiya Elmləri üzrə Ekspertlər şurasında Elmi katib, 2023-2024 -cü tədris ilində UNEC nəzdindəki Maliyyə-iqtisad kollecində müəllim, 2024- cü ildən BDU -da fəaliyyət göstərən Coğrafiya  Elmləri üzrə dissertasiya şurasında üzv kimi fəaliyyət göstərir.

3 dərslik, 1 monoqrafiya və 6 tədris proqramının həmmüəllifidir.
12 məqaləsi Web of science, 10 məqaləsi Scopus bazalarında indeksləşmişdir.
80-ə yaxın elmi əsərin müəllifidir.

ELMİ  ƏSƏRLƏR (hiperlinkli əlavələr)

Ailəlidir, iki övladı var.