Aidə  Hüseynova

Aidə Hüseynova

tərcüməçi (fransız dili üzrə)

Ссылка Avesis
 +(994) 12 440-80-76

Hüseynova Aidə Aydın qızı 1952-ci ilin martın 2-si Gürcüstan SSR-in Qardaban rayonunda anadan olmuşdur. 1960-cı ildə Qardaban rayonunun orta məktəbinin birinci sinifinə daxil olmuş, 1970-ci ildə oranı bitirmişdir.

1970-ci ildə M.F.Axundov adına Xarici Dillər İnstitutuna daxil olmuş, 1974-ci ildə SSR-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər institutunu bitirmişdir.

1974-cü ildən təyinatla Gürcüstan SSR-in Qardaban rayonunun Kəpənəkçi kəndində Fransız dilini tədris etmiş, 1976-ci ildə isə Laçın rayonunun Zorkeşiş kəndində Fransız dili müəllimi kimi işləmişdir.

1994-cu ildən Xalq Təsərrüfatı İnstitutunda Fransız dili müəllimi kimi fəalliyyətə başlamış, 2018-ci ilə qədər Fransız dili müəllimi kimi işləmişdir. Hal-hazırda universitetdə Tərcümə Mərkəzində tərcüməçi (fransız dili üzrə) kimi fəalliyyət göstərir.

Ailəlidir, iki övladı var.