1987-ci il iyunun 1-də Bakı şəhərində anadan olmuşdur.
Bakı şəhəri, Xətai rayonu 27 nömrəli ingilis dili təmayüllü məktəbi bitirdikdən sonra 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsinin “Xüsusi İstedadlar Qrupu” na daxil olmuş, 2008-ci ildə xüsusi fərqlənmə diplomu ilə bitirmişdir.
Bakalavr təhsilini bitirdikdən sonra, elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin “Xüsusi İstedadlar Qrupu”-da Beynəlxalq İqtisadi Münasibətlər üzrə magistraturaya daxil olmuş və 2010-cu ildə xüsusi fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi almışdır.
2009-cu ildə ABŞ-ın Duke Universitetinin Layihə Qiymətləndirilməsi və Risklərin İdarə Edilməsi kursunu bitirmişdir.