Atiq  Kərimov

Atiq Kərimov

İqtisad elmləri doktoru, professor

Ссылка Avesis

 Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98

Kərimov Atiq Ehsan oğlu 1960-cı il noyabrın 9-da Bakı şəhərində anadan olub.
1981-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə-statistika fakültəsini bitirib.

1981-1983-cü illərdə təyinatla SSRİ Tikinti Bankının Azərbaycan Kontorunda baş iqtisadçı vəzifəsində işləyib.
1983-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspirantı olub.
1986-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrasında çalışmağa başlayıb.
2017-ci ilə kimi UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının professoru olub.
Hazırda UNEC-in “Tətbiqi iqtisadiyyat” (rus dilində) kafedrasının professorudur.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI
65-dən çox elmi işin, 2 dərslik, 1 monoqrafiyanın müəllifidir.

2011-ci ildə İqtisad Universitetinin 80 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təhsilin inkişafındakı xidmətlərinə görə «Tərəqqi» medalına layiq görülüb.

1990-cı ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunda “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə iqtisad elmləri namizədi dissertasiyasını müdafiə edib. 2012-ci ildə «Kommersiya banklarının xidmət fəaliyyətinin inkişaf etdirilməsi və genişləndirilməsi problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. İqtisad elmləri doktorudur.