Azər  Mehtiyev

Azər Mehtiyev

İqtisad elmləri namizədi, dosent

Ссылка Avesis

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Mehtiyev Azər Seyfalı oğlu 02 yanvar 1967-ci ildə Qəbələ  rayonunun Əmirvan kəndində anadan olmuşdur.
1990-cı ildə N. A. Voznesenski ad. Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını bitirmiş, Dövlət İmtahan Komissiyasının qərarı ilə elmi fəaliyyətli davam etdirmək üçün təyinatı həmin instituta verilmişdir.

 

1990-1991-ci illərdə Azərbaycan Dövlət İqtisad Universi-tetinin “Sənaye müəssisələrinin və komplekslərin təşkili, iqtisadiyyatı və idarə edilməsi” kafedrasında laborant vəzifəsində çalışmışdır.
1991-1994-cü illərdə İqtisad Universitetinin məqsədli aspiranturasında (istehsalatdan ayrılmaqla) təhsil almış, 1998-ci ilin martında «Azərbaycan sənayesində kiçik müəssisələrin formalaşması və inkişafı məsələləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
1994-1998-ci illərdə İqtisad Universitetinin “Sənayenin iqtisadiyyatı” kafedrasında baş laborant, 1998-2000-ci illərdə həmin kafedranın müəllimi vəzifəsində çalışmışdır. 2000-2004-cü illərdə “Sənayenin iqtisadiyyatı” kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2005-ci il 25 oktyabr tarixli qərarı ilə ona dosent elmi adı verilmişdir.
UNEC-in “Müəssisənin iqtisadiyyatı” kafedrasının dosenti olub.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.
15 iyul 2022-ci ildən ictimai əsaslarla UNEC-in Sahə Araşdırmaları və Rəqabətin Təhlili (SART) Mərkəzinə rəbərlik edir.

Ümumilikdə 192,3 ç.v. həcmində 97 (doxsan yeddi) elmi, metodik və elmi-praktik əsərin müəllifidir.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

ABŞ, Rusiya Federasiyası, Cənubi Koreya, Malayziya, Çin, Türkiyə və Ukraynanın müxtəlif universitetlərinin iqtisadiyyat fakultələrində təcrübə mübadiləsində olaraq onların tədris proqramları ilə yaxından tanış olmuşdur.
Dünyanın 15-dən çox ölkəsində keçirilmiş 50-dək beynəlxalq konfrans və seminarın iştirakçısı olmuş, məruzələrlə çıxış etmişdir.