Azər  Qarayev  İslam oğlu

Azər Qarayev İslam oğlu

Dekan müavini, i.e.n., dos.

Ссылка Avesis

****

1976-cı il iyulun 19-da Azərbaycan Respublikasının Qazax şəhərində anadan olmuşdur.

1992-ci ildə H.Cavid adına 132 N-li orta məktəbi bitirmişdir.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Maliyyə-kredit ixtisası üzrə bitirmiş və iqtisadçı peşəsinə yiyələnmişdir.

1997-2000-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi strukturunda işləmişdir.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

24.01.2020-ci il tarixdən “Maliyyə və mühasibat” fakültəsinin dekan müavini vəzifəsinə təyin edilmişdir.

20-dən artıq elmi-metodik əsərin, o cümlədən 1 monoqrafiyanın müəllififdir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

1999-cu ildə «Bazar münasibətlərinə keçid şəraitində aqrar-sənaye kompleksinin inkişafı və onun səmərəliliyinin yüksəldilməsində maliyyə münasibətlərinin rolu» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ona iqtisad elmləri namizədi alimlik dərəcəsi vermişdir.