İlhamə  Mahmudova

İlhamə Mahmudova

İqtisad elmləri namizədi, dosent

Ссылка Avesis

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

i.e.n., dos. Mahmudova İlhamə Məhəmmədnəbi qızı 14 avqust 1971-ci ildə anadan olmuşdur.
1993-cü ildə «Tikintinin iqtisadiyyatı» ixtisası üzrə Azərbayjan İnşaat Mühəndisləri İnstitutunu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir.

1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim vəzifəsində işləmişdir.
2004-cü ildə «Bazar münasibətləri şəraitində region təsərrüfatının kompleks inkişafı problemləri» mövzusunda 08.00.05 «Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi» (makrosəviyyədə) ixtisası üzrə iqtisad elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının” dosentidir.

2 dərslik, 4 proqram, 4 dərs vəsaiti, metodik göstəriş, 18 elmi məqalənin müəllifidir.
3 dərsliyin tərcüməsində iştirak edib.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI

2016-cı ilin dekabrında UNEC-dəki səmərəli elmi-pedaqoji və əmək fəaliyyətləri nəzərə alınaraq təşəkkür elan edilmişdir.