19 dekabr 1965-ci ildə doğulmuşdur.
1983-cü ildə 87 saylı orta məktəbi bitirmiş, 1983-1985-ci illərdə Daxili İşlər Nazirliyinin Məlumat Mərkəzində işləmişdir.
1985-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1988-ci ildən təhsilini Bakı Dövlət Universitetitinin hüquq fakültəsində davam etdirərək 1990-cı ildə həmin fakültəni bitirmişdir.