Leyla  Hacıyeva

Leyla Hacıyeva

Direktor müavini, i.f.d., dosent

Ссылка Avesis

 Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
[email protected]

11 aprel 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmiş, 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib ikinci ixtisas almışdir.

2000-ci ildən “Marketinq” kafedrasında müəllim, 2003-cü ildən baş müəllim, 2014-cü ildən dosent vəzifəsində çalışıb.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində namizədlik dissertasiyasını müdafiə edib, İqtisad üzrə fəlsəfə doktorudur.
2017-ci ilə kimi UNEC-in “Marketinq” kafedrasının dosenti olub.
2017-ci ildən Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasında dosent vəzifəsində çalışıb.
12.09.2023-cü il tarixdən “Tətbiqi iqtisadiyyat” kafedrasının 0,5 ştat əvəzçiliklə dosenti vəzifəsində saxlanılmaqla əsas iş yeri kimi Rus iqtisad məktəbinin direktor müavini vəzifəsinə təyin edilmişdir.
2015-ci ildə “Mövlanə” mübadilə proqramı ilə Türkiyə Respublikasının Ankara şəhərində Hacettepe Universitetində təcrübə keçmiş, bakalavr və magistr səviyyəsində dərslər aparmışdır.
2017-ci ildə Erasmus+ proqramı ilə Türkiyə Respublikasının Anadolu Universitetində (Eskişehir) mübadilə proqramında iştirak etmiş, bakalavr və magistr səviyyəsində dərslər aparmışdır.

 

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

70 elmi-metodiki əsərin, o cümlədən “Sənaye marketinqi” və “Xidmət sahələrinin marketinq”  dərs vəsaitlərinin müəllifidir.

Yerinə yetirdiyi tədris-metodiki vəsaitlər:
1.“Marketinq tədqiqatları” (bakalavr ) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı (dos.İ.M.Xeyirxəbərov)
2.“Beynəlxalq marketinq” (bakalavr) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı (dos.E.N.Quliyev, i.f.d. X.S.Kərimli)
3.“Turizm marketinqi” (magistr hazırlığı) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı,  (dos.T.İ.İmanov, dos. M.M.Əhmədov)
4.“Tətbiqi marketinq tədqiqatları” (magistr hazırlığı), «İqtisad Universiteti» nəşriyyatı, (dos. İ.M.Xeyirxəbərov)

Rusiyada, Makedoniyada, Macarıstanda keçirilən Beynəlxalq Konfranslarda məruzələrlə çıxış etmiş, müvafiq sertifikatlarla təltif olunmuşdur.
AR Təhsil Nazirinin əmri ilə (25.11.2020-ci il) “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşdur.

Tədris etdiyi fənnlər:
Bakalavr pilləsində: “Marketinq”, “Xidmət marketinqi”,“Beynəlxalq marketinq”, “Marketinq tədqiqatları”Sabah Qruplarında “Marketinq”, “Marketinq tədqiqatları”, “Xidmət marketinqi”BMDM-də: “Turizm marketinqi”, “Rəqəmsal marketinq”

Tədqiqat sahələri:
Marketinq, Turizm, Rəqəmsal marketinq