Mehriban Kərimzadə Vaqif

Mehriban Kərimzadə Vaqif

"İqtisadiyyat və idarəetmə" fakültəsinin dekan müavini

Ссылка Avesis
Bakı, Həsən Əliyev küçəsi, 135, (II tədris binası)
+(994) 12 564-67-85
karimzada_mehriban@unec.edu.az

1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (bakalavr pilləsini) bitirib.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura təhsil piləsini bitirib.
2016-cı ildə dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2002-ci ildən “ASM-nin iqtisadiyyatı və idarə edilməsi” kafedrasında laborant, baş laborant vəzifəsində, 2004-cü ildən saat hesabı müəllim, 2011-ci ilin sentyabr ayından  0,5 ştat müəllim və baş müəllim işləyib.
Hal-hazırda İctimai siyasət və sosial inoovasiyalar kafedrasının 0.5 ştat baş müəllimi vəzifəsində çalışır.
Hazırda "İqtisadiyyat və idarəetmə" fakültəsinin dekan müavinidir.
20-dən çox elmi əsərin (bir neçəsi Scopus platformasında və web of science platformasında) müəllifidir.
Elmi əsərlərinin 3-ü SCOPUS-da nəşr olunmaqla ümumi sayı 27-yə bərabərdir.
SCOPUS H-indeksi 1, Google Scholar H-indeksi isə 2-dir.
UNEC-in 90 illik münasibəti ilə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş Fəxri fərman (təhsilin inkişafında yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə).
Ailəlidir, üç övladı var.