Mustafa  Sadıqov

Mustafa Sadıqov

İqtisad elmləri namizədi, dosent

Ссылка Avesis

Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98

Sadıqov Mustafa Məmmədsadıq oğlu 16.01.1953-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini  və 1982-ci ildə Az.XTİ-nun Xalq təsərrüfatının planlaşdırılması fakültəsini bitirmişdir.
1992-ci ildə “İqtisadi tədqiqatlarda riyazi metodların tətbiqi  ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1998-ci ildə TASİC proqramı çərçivəsində MBA dərəcəsinin Hollandiyada almışdır.

1975-1978-ci illərdə Elmlər Akademiyasının Kibernetika institutunda kiçik elmi işçi, 1978-1979-cu illərdə Dövlət Plan Komitəsinin Elmi-texniki informasiya institutunda kiçik elmi işçi, 1979-1982-ci illərdə baş elmi işçi vəzifələrində işləmişdir.
1985-1989-cu illərdə Bakı şəhərinin iqtisadi və sosial inkişafı elmi-tədqiqat institutunda bölmə müdiri vəzifələrində çalışmışdır.
Hazırda "Tətbiqi iqtisadiyyat" kafedrasının dosentidir.