Nisəxanım  Salamova

Nisəxanım Salamova

tərcüməçi

Ссылка Avesis
 +(994) 12 440-80-76

Salamova Nisəxanım Gülmirzə qızı 1958-ci il iyunun 3-də Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Pedaqogika və Psixologiya fakültəsini bitirmişdir. 1995-cı ildə Bakı Dövlət Universitetində bir illik kurs keçərək Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir.

1994-cü ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunda arxiv müdiri vəzifəsində çalışmışdır. 1996-cı ildən etibarən Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunun «Dillər» kafedrasında Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmişdir. 2001-ci ildən 2021-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin «Azərbaycan dili» kafedrasında müəllim vəzifəsində işləmişdir.  2021-ci ildən UNEC-in Tərcümə Mərkəzində tərcüməçi (azərbaycan dili üzrə) olaraq çalışır.

 

 Çalışdığı müddətdə 20-yə yaxın məqalə çapdan çıxıb.
 Ailəlidir, bir övladı var.