Rahib  Quliyev

Rahib Quliyev

Rahib Quliyev 1949-cu ildə Göyçay rayonunda anadan olub. 1966-ci ildə orta məktəbi, 1970-ci ildə isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərüfatı İnstitutunu bitirib. M. Lomo­nosov adına Moskva Dövlət Universitetinin İqtisad fakültəsində aspirant və doktorant olub. İqtisad elmləri üzrə 1973-cü ildə namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Dövlət Universite­tinin "Siyasi iqtisad" kafedrasında başlamış və həmin kafedranın müəllimi, baş müəllimi, dosenti olmuşdur. 1986- cı ildə Azərbaycan KP MK-nın mühazirəçilər qrupunun rəhbəri, 1986-1987-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, 1987-1989-cu illərdə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının direktoru olmuşdur. Sonrakı illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının baş elmi katibi, Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin sədri, Texniki Universitetin "İqtisadi nəzəriyyə" kafedrasının müdiri olmuşdur.