Səbinə Muradova

Səbinə Muradova

Baş müəllim

Ссылка Avesis

[email protected] 
(+99412) 564-37-10

1979-cü il oktyabrın 27-də Bakı şəhərində anadan olmuşdur.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
2002-ci ildə İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə magistr dərəcəsi almışdir.

2001-ci ildə «Marketinq və ticarət» kafedrasında işə başlamışdır.
2009-cu ildən «Ticarət» kafedrasında işləyib.
2017-ci ilə kimi “Ticarət və gömrük işinin təşkili” kafedrasının, 2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilib.

Kommersiya, xarici-iqtisadi siyasət, istehlak bazarı, nəqliyyat və logistika sahələrinin aktual problemlərinə həsr olunan 3 dərsliyin, 7 tədris proqramının həmmüəllifidir və 20 yaxın elmi məqalənin müəllifi və həmmüəllifidir.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI

26-29 aprel 2022-ci il tarixlərində UNEC və Ural Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Россия и мир в новых реалиях: изменение мирохозяй­ственных связей” XII Avrasiya İqtisadi Gənclər Forumunun (AİGF) Təşkilat Komitəsi tərəfindən təşəkkürnamə forumun təşkilatçılığında iştiraka görə.

“Beynəlxalq ticarət və logistika” ixtisası üzrə yeni təhsil standartlarında fənlərin vahid proqramlarının  hazırlanması üzrə işçi qrupunun üzvüdür, həmçinin bu ixtisas üzrə İxtisas Şurasının üzvüdür.
Tədqiqat sahələri: istehlak bazarı, xarici ticarət, ğömrük, nəqliyyat, logistika, təchizat zəncirinin idarə edilməsi