Yusif  Əliyev

Yusif Əliyev

Türk dünyası iqtisad fakültəsinin dekanı

Ссылка Avesis

Həsən Əliyev 135, II tədris korpusu
+(99412) 440 57 49

1977-ci ildə Saatlı Rayonu Şirinbəyli kəndində anadan olmuşdur.
Bakalavr təhsilini 2003-cü ildə Türkiyə Respublikası Selçuk Universitetində Əlaqələr (Communication-Jurnalistika) fakültəsində bitirmiş və 2005-ci ildə eyni universitetin Sosial Elmlər İnstitutunda eyni ixtisas üzrə magistratura təhsilini  tamamlamışdır.
2005-ci ildə Selçuk Universitetində Public Relations-Tanıtma sahəsində doktorantura proqramına qəbul olmuş və  Public Relations (İctimaiyyətlə əlaqələr) mövzusunda dissertasya işini müdafiə edərək proqramı müvəffəqiyyətlə tamamlamışdır.

2007-ci ildən Türk dünyası iqtisad fakültəsində müəllimlik fəaliyyətinə başlamış və 2015-ci ildən etibarən Türk dünyası iqtisad fakültəsində  dekan müavini vəzifəsində işləyir.
Müxtəlif zamanlarda bir çox konfranslarda, forum və seminarlarda “İctimaiyyətlə əlaqələr-PR”, “Təşkilati davranış” və “Reklamçılıq”mövzularında məruzələrlə çıxış etmişdir.

Yusif Əliyev Nadim oğlu Türk Dünyası İctimai Elmlər konfransının idarəetmə şurasının üzvüdür.