Əməkhaqqı şöbəsi

Əməkdaşlarla hesablaşmaları, o cümlədən əməkhaqqı, mükafat, maddi yardımlar üzrə hesablaşmaları edir, gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta, icbari tibbi sığorta və digər tutulmaları icra edir və mühasibat uçotu registrlərində qeydə alır. Eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər, habelə DSMF tərəfindən ödənilən digər müavinətlərlə bağlı müvafiq dövlət elektron sistemində əməliyyatları icra edir, təhtəl-hesab şəxslərlə hesablaşmaları, o cümlədən ezamiyyə xərclərinin hesablanması işlərini görür.

Yuxarıda qeyd edilənlərlə bağlı dövlət orqanlarına zəruri bəyannamələri və hesabatları hazırlayaraq təqdim edir, işçilər üçün bank kartlarının sifarişi və əməkhaqqı kartları ilə bağlı problemlərin həllində dəstək göstərir, əməkdaşlar üçün zəruri mühasibat arayışlarını hazırlayaraq təqdim edir.


Ünvan: Bakı, İstiqlaliyyət 6 (I Tədris binası
)
Telefon: +(994) 12 492-32-45; 492-59-03 (1126)