Regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı əsasında Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı yaradılmışdıır.
2016-cı il sentyabrın 15-də UNEC-in Zaqatala filialının açılışı olub.
Filialda 2016/2019-cu illərdə 1 fakültə, 1 kafedra və 2020/2023-cü illərdə Zaqatala İqtisadiyyat Məktəbi fəaliyyət göstərmişdir.
Zaqatala İqtisadiyyat Məktəbinin rəhbəri Babək Alıyev olmuşdur.
2019/2023-ci illərdə ZİM tərkibində Zaqatala İqtisadiyyat Məktəbinin Katibi, İqtisadiyyat və İdarəetmə kafedrası olmuşdur.
1 mart 2024-cü il tarixində 03/16 əmrə əsasən Zaqatala İqtisad Məktəbi ləğv edildi, UNEC Zaqatala filialının idarə edilməsində səmərəliliyin artırılması məqsədilə yeni ştat cədvəlinə uyğun olaraq struktur dəyişikliyi olmuşdur. Struktur uyğun olaraq “İqtisadiyyat və menecment” departamenti, Katiblik, Maliyyə və təminat şöbəsi, Təsərrüfat şöbəsi yaradılmışdır. Filialda “İqtisadiyyat və idarəetmə”, ”Texniki və texnoloji” bölmələrdən ibarət “İqtisadiyyat və menecment” departamenti fəaliyyət göstərir.
“İqtisadiyyat və idarəetmə” bölməsinin rəhbəri baş müəllim İsmayılova Pərvanə Məhəmməd qızı, “Texniki və texnoloji” bölmənin rəhbəri dosent Raziyev Səfər Əmin oğludur.
Zaqatala İqtisadiyyat Məktəbi
Zaqatala İqtisadiyyat Məktəbi
Filial UNEC-in regional ali iqtisadi təhsil missiyasının icrasını təmin edir, bundan irəli gələn müsbət nəticələrdən region və dünya ali təhsil məkanında dayanıqlı rəqabət üstünlüklərinin formalaşması üçün şərait yaradır. Tələbələrin Universitetdə ali iqtisadi təhsil, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin aşılanmasına və müasir biznes informasiyalarının araşdırılması qabiliyyətinin formalaşmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinin qazanılmasına, onların müəssisə və təşkilatlarda müxtəlif məsul vəzifələr tutmasına peşəkarlıq nöqteyi nəzərdən hazır olmalarına imkan yaradır.